SİYASƏT


Əfqanıstan müharibəsinin iştirakçıları Müdafiə Nazirliyinin hərbi hissəsində olublar

Bakı, 23 fevral, AZƏRTAC

Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti tədbir “N” hərbi hissəsində təşkil edilib. Tədbirdə general-leytenant Rövşən Əkbərov, veteranlar, xarici qonaqlar və hərbi hissə komandanlığı iştirak ediblər.

Əvvəlcə hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Sonra qonaqlar hərbi hissənin ərazisində yerləşən inzibati binalarla tanış olublar. Onlara məlumat verilib ki, hərbi hissə yenidən inşa edilərək istifadəyə verilib. Qonaqlar hərbi hissənin ərazisində inşa edilən qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana və digər xidməti obyektlərlə yaxından tanış olublar.

Qərargah binasında ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ordu quruculuğu prosesinə verdikləri töhfələri, göstərilən diqqət və qayğını, əsgər və zabitlərlə görüşlərini əks etdirən fotoguşə nümayiş olunub.

Hərbi hissənin fəaliyyəti haqqında qonaqlara geniş məlumat verilib. Azərbaycan Ordusunun gücünün, qüdrətinin gündən-günə artdığı vurğulanaraq veteranlarla görüşün də şəxsi heyətin qəhrəmanlıq ruhunda tərbiyəsində müsbət rol oynadığı bildirilib. Sovet İttifaqı Qəhrəmanı, istefada olan general-polkovnik Valeriy Vostrotin hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda qonaqlar əsgər yeməkxanasında milli mətbəximizə məxsus təamlardan dadıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.