DÜNYA


Əfqanıstan ordusu ilə “Taliban” arasında döyüşlərdə hər iki tərəfdən 80-dən çox adam öldürülüb

Bakı, 12 mart, AZƏRTAC

Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bəyanatında bildirilir ki, son sutka ərzində keçirilən hərbi əməliyyatlar nəticəsində “Taliban” hərəkatının 31 silahlısı öldürülüb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Qətərin paytaxtı Dohada ABŞ və “Taliban” arasında sülh danışıqlarının davam etdiyi bir vaxtda Əfqanıstanda hökumət gücləri ilə hərəkatın silahlı qruplaşmaları arasında döyüşlər daha da şiddətlənib. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, müxtəlif bölgələrdə 76 hərbi əməliyyat və son 24 saat ərzində hərbi təyyarələrin 78 uçuşu həyata keçirilib. Əməliyyatlar Kunar, Xost, Oruzqan, Badğiş, Bəlx və Helmənd vilayətlərində aparılıb. Onların nəticəsində 31 “Taliban” silahlısı öldürülüb, 19 nəfər yaralanıb. Ordu mənbələri qeyd ediblər ki, bu əməliyyat “Taliban”ın Türkmənistanla sərhəd bölgədə Əfqan Milli Ordusunun 20 əsgərini öldürməsi, daha 30 hərbçini isə girov götürməsindən sonra təşkil olunub.

“Taliban”ın sözçüsü Zəbihullah Mücahed isə Əfqanıstan ordusunun 57 əsgərinin öldürüldüyü, 12-sinin yaralandığı və 9 hərbçinin girov götürüldüyü barədə məlumat yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.