DÜNYA
Əfqanıstan: polis idarəsinə hücum nəticəsində azı 20 nəfər ölüb
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də silahlıların Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətinin Qardez şəhərində polisın hazırlıq mərkəzinə hücumu nəticəsində ən azı 20 nəfər həlak olub, 160 nəfərə qədər insan isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Tolo News telekanalının yaydığı məlumata görə, hücum zamanı, həmçinin əyalətin polis rəisi Torialay Abdianai öldürülüb.
Xatırladaq ki, oktyabrın 17-də səhər saatlarında polis idarəsi silahlı hücuma məruz qalıb. Bundan sonra hücum edənlərlə polis işçiləri arasında şiddətli atışma başlayıb. Silahlılar partlayıcı yüklənmiş “Humvee” avtomobillərindən istifadə ediblər.
Hücumun məsuliyyətini ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatının öz üzərinə götürdüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]