DÜNYA


Əfqanıstan üzrə Moskva görüşündə “Taliban”ın 5 üzvü iştirak edəcək

Bakı, 8 noyabr, AZƏRTAC

“Taliban” hərəkatının 5 üzvü noyabrın 9-da keçirilməsi planlaşdırılan Əfqanıstan üzrə Moskva görüşündə iştirak edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Taliban” artıq Moskva formatındakı danışıqlarda iştirak edəcək 5 nümayəndəsinin adlarını açıqlayıb. Hərəkat Kabilin nümayəndə heyəti ilə heç bir rəsmi təmasda olmaq niyyətində deyil.

Rusiyanın Xarici İşlər Nazirliyi noyabrın 9-da Əfqanıstan üzrə Moskva formatında görüşün xarici işlər nazirlərinin müavinləri və profil xüsusi nümayəndələr səviyyəsində ikinci iclasının baş tutacağını bildirib. İlk dəfə olaraq belə səviyyəli beynəlxalq görüşə “Taliban” hərəkatının Dohadakı siyasi ofisinin nümayəndələri də qatılacaq.

Tədbirdə iştirak etmək üçün Əfqanıstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistana, həmçinin ABŞ-a dəvət göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.