DÜNYA


Əfqanıstanda 10 milyon uşağın təcili olaraq humanitar yardıma ehtiyacı var

Tehran, 18 sentyabr, AZƏRTAC

Beynəlxalq Uşaq Fondu (UNICEF) BMT-nin rəhbərliyinə müraciət edərək təcili sürətdə Əfqanıstan uşaqları üçün humanitar yardım ayırmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, UNICEF-in hesablamalarına görə bu gün Əfqanıstanda 10 milyon uşağın təcili olaraq humanitar yardıma ehtiyacı var. Əfqanıstandan ezamiyyətdən qayıdan təşkilatın nümayəndəsi Sem Mort bildirib ki, bu ölkədə uşaqlar qıda, su, dərman preparatları, tibbi xidmət çatışmazlığından əziyyət çəkirlər. Uşaqların təhsil, tərbiyəsi və asudə vaxtlarının səmərəli keçirilməsi məsələlərindən isə ümumiyyətlə söhbət gedə bilməz. Uşaqlar nəinki COVID-19 virusuna qarşı, adi xəstəliklərə qarşı peyvəndlərdən belə məhrum olublar. Xəstələnən uşaqlar tibbi yardımın olmaması səbəbindən ölürlər.

BMT-nin Qaçqınların işi üzrə ali komissarı Filippo Qrandi bildirib ki, yaxın günlərdə Əfqanıstana humanitar yardım göndərilməsə əhalinin vəziyyəti olduqca pisləşəcək. Bundan ən çox əziyyət çəkən isə uşaqlar olacaq. Onun sözlərinə görə Əfqanıstanı bu vəziyyətə salanlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Dünyanın gözü qarşısında uşaqlar məhv olur.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.