DÜNYA


Əfqanıstanda 13 yaşlı kamikadze toy mərasimində özünü partladıb

Bakı, 12 iyul, AZƏRTAC 

Əfqanıstanda 13 yaşlı kamikadze toy mərasimində özünü partladıb. AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, insident nəticəsində mərasimdə iştirak edən 5 nəfər ölüb, 11 adam isə yaralanıb.

Agentliyin məlumatına görə, terror aktı Əfqanıstanın Nanqarhar vilayətində törədilib. Yerli polis idarəsinin məlumatında deyilir ki, yeniyetmə kamikadzenin əsas hədəfi partlayış nəticəsində həlak olmuş hökumət milis dəstəsinin komandiri və toy mərasiminin sahibi Malik Toor olub.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.