DÜNYA


Əfqanıstanda ABŞ-ın kəşfiyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 11 nəfər ölüb

Bakı, 3 oktyabr, AZƏRTAC

ABŞ-a məxsus C-130J “Herkules” tipli nəqliyyat təyyarəsi ötən gecə Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində yerləşən aerodromda qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, CBS News telekanalının ABŞ hərbi mənbələrinə istinadla yaydığı məlumata görə, qəza nəticəsində 11 nəfər həlak olub. Ölənlərin 6-sı təyyarənin ekipaj üzvləri, 5-i isə NATO-nun Əfqanıstandakı missiyasının əməkdaşları olan mülki şəxslərdir.

“Taliban” hərəkatı təyyarənin onlar tərəfindən vurulduğunu bildirsə də, ABŞ hərbi komandanlığı bu məlumatı təsdiqləməyib və qəzanın səbəblərinin müəyyən olunması üzrə təhqiqatın davam etdiyini bildirib.

2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.