DÜNYA


Əfqanıstanda ABŞ ordusunun hərbçisi həlak olub

Bakı, 13 iyul, AZƏRTAC

Əfqanıstanda NATO-nun “Qətiyyətli Dəstək” missiyasında xidmət edən amerikalı hərbçi həlak olub.

AZƏRTAC bu barədə missiyanın rəsmi saytına istinadla xəbər verir. Hərbçinin adı və həlak olduğu yer barədə məlumat gizli saxlanılır.

2019-cu ilin əvvəlindən bəri Əfqanıstan ərazisində ən az yeddi amerikalı hərbçi öldürülüb.

Qeyd edək ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası başlayıb. Hazırda Əfqanıstanda ABŞ-ın 15,5 min hərbçisi, həmçinin NATO-ya üzv ölkələrin və tərəfdaşların 7,5 minlik hərbi kontingenti xidmət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.