DÜNYA


Əfqanıstanda Baş Nazirin müşaviri öldürülüb

Bakı, 27 may, AZƏRTAC

Əfqanıstanın Baş Nazirinin müşaviri Nur Məhəmməd Ərəb naməlum şəxslər tərəfindən ölkənin şimalında yerləşən Qunduz əyalətində qətlə yetirilib.

AZƏRTAC Ariana telekanalının “Twitter” səhifəsinə istinadla xəbər verir ki, silahlı şəxslər müşaviri mayın 26-da güllələyib. Həmçinin hücum nəticəsində müşavirin cangüdənlərindən biri də yaralanıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.