DÜNYA


Əfqanıstanda İslam Partiyasının 260 tərəfdarını həbsxanadan buraxıblar

Bakı, 14 iyun, AZƏRTAC

Əfqanıstan hökuməti Ramazan ayının sona çatması ilə əlaqədar Gülbəddin Hikmətyarın İslam Partiyasının 260 üzvünü həbsxanadan azad edib.

AZƏRTAC bu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir.

Xatırladaq ki, İslam Partiyası 2016-cı ilin mayında Əfqanıstan hökuməti ilə sülh sazişi imzalayıb. Ölkə hökuməti partiya üzvlərini həbsdən buraxmağı, Hikmətyara amnistiya verməyi, həmçinin ABŞ və BMT-nin ona qarşı tətbiq etdiyi sanksiyaların ləğvinə çalışacağını vəd edib.

Siyasi karyeraya kommunist kimi başlayan Gülbəddin Hikmətyar 1990-cı illərdə Əfqanıstanın Baş naziri vəzifəsinə qədər yüksəlmişdi. Ölkə “Taliban” hərəkatının nəzarətinə keçdikdən sonra İrana sığınmış, 2002-ci ildə isə “xarici işğalçılar ölkədən çıxarılanadək” taliblərin tərəfinə keçdiyini bildirmişdi. Bir il sonra BMT Təhlükəsizlik Şurası Hikmətyarı “Əl Qaidə” təşkilatının rəhbəri Üsamə bin Laden və “Taliban” hərəkatının lideri molla Ömərlə əlaqədə olan şəxslərin “qara siyahısına” daxil etmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.