DÜNYA


Əfqanıstanda Moldova şirkətinə məxsus helikopter qəzaya uğrayıb

Bakı, 2 sentyabr, AZƏRTAC

Əfqanıstanda Moldova şirkətinə məxsus helikopter qəzaya uğrayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qəza zamanı helikopterdə olan 10 sərnişin və 2 ekipaj üzvü ölüb, iki nəfər isə sağ qalıb.

Bildirilir ki, “Valan International Cargo Charter” şirkətinə məxsus helikopter Məzari-Şərif şəhərindəki aviabazadan havaya qalxdıqdan bir qədər sonra yerə çırpılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.