DÜNYA


Əfqanıstanda “Taliban” hərəkatının 18 üzvü öldürülüb

Bakı, 20 iyul, AZƏRTAC

Əfqanıstanın müxtəlif əyalətlərində gedən hərbi əməliyyatlarda “Taliban” hərəkatının ən azı 18 nəfər döyüşçüsü öldürülüb.

AZƏRTAC Khaama Press saytına istinadla xəbər verir ki, bu məlumatı Əfqanıstan ordusundakı mənbə verib. Qeyd olunub ki, silahlı qruplaşmanın 10 döyüşçüsü Əfqanıstan ordusunun xarici ölkələrin qoşun kontingenti ilə Qəzni və Paktiya əyalətlərində keçirdiyi hərbi əməliyyatlar zamanı zərərsizləşdirilib. Belə ki, koalisiya qüvvələri Paktiya əyalətinin Saaka rayonunda “Taliban” döyüşçülərinin yerləşdiyi əraziyə hava zərbələri endiriblər. Bu ərazidə iki nəfər, Qəzni əyalətinin Curi rayonunda isə yeddi döyüşçü məhv edilib. Bundan başqa, Qəzni əyalətinin Xvadca Omari rayonunda əfqan hərbçiləri “Taliban” silahlı qruplaşmasının bir üzvünü öldürüblər. Hərbi əməliyyatlar nəticəsində dörd əldəqayırma partlayıcı qurğu da zərərsizləşdirilib.

Hərbi mənbələrdən bildiriblər ki, Uruzqan əyalətinin Xas rayonunda və Paktiyanın Hardez ərazisində hava zərbələri zamanı yeddi nəfər “Taliban” döyüşçüsü məhv edilib. Hərbçilər minalanmış avtomobili də zərərsizləşdiriblər. Kapisa əyalətinin Taqab rayonunda bir silahlı öldürülüb, çoxlu sayda “Taliban” üzvü əsir götürülüb. Hərbi əməliyyatlar paytaxt Kabildə, Gilmənd, Qunduz, Balx əyalətlərində də aparılıb. Bu əyalətlərdə silah anbarları məhv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.