DÜNYA


Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində yeddi hərbçi həlak olub

Bakı, 26 aprel, AZƏRTAC

Əfqanıstanda “Taliban” hərəkatının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı yeddi əməkdaşı həlak olub.

AZƏRTAC 1TV telekanalına istinadla xəbər verir ki, insident Əfqanıstanın şərqindəki Loqar əyalətində baş verib.

Telekanalın məlumatına görə, hökumət qüvvələri “Taliban” silahlılarının qurduğu pusquya düşüb. İnsident zamanı həmçinin, Əfqanıstan ordusunun üç əsgəri yaralanıb. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, ABŞ və “Taliban” ötən il fevral ayının sonlarında Qətərdə sülh sazişi imzalayıblar. Sazişə əsasən Birləşmiş Ştatlar və onun müttəfiqləri 14 ay ərzində bütün qoşunları Əfqanıstandan çıxarmalıdır. Eləcə də “Taliban” hərəkatı və Əfqanıstan hökuməti arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.