DÜNYA


Əfqanıstanda "Əl-Qaidə" liderlərindən biri zərərsizləşdirilib

Bakı, 25 oktyabr, AZƏRTAC

Əfqanıstanın təhlükəsizlik qüvvələri adı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan terrorçuları siyahısında olan "Əl-Qaidə" liderlərindən biri Əbu Muhsin əl-Masrini zərərsizləşdirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın Təhlükəsizlik Milli İdarəsinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Əl-Masri terror təşkilatına ABŞ vətəndaşlarının qətli məqsədi ilə maddi dəstək göstərilməsində ittiham edilirdi. O, Əfqanıstanın şərqində Qazni əyalətində xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.