DÜNYA


Əfqanıstanda amerikalı hərbçi öldürülüb

Bakı, 3 noyabr, AZƏRTAC

Əfqanıstanın paytaxtı Kabildə təhlükəsizlik qüvvələrinin sıralarına yeridilmiş şəxsin hücumu nəticəsində bir amerikalı hərbçi həlak olub, biri isə yaralanıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə NATO-nun “Qətiyyətli dəstək” missiyasının press-relizində deyilir.

Hazırda xəsarət alan hərbçiyə tibb yardım göstərilir. Həkimlər onun vəziyyətinin stabil olduğu bildirirlər.

Hücum edən şəxs əfqan əsgəri tərəfindən öldürülüb. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Qeyd edək ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli dəstək” adlı qeyri-döyüş missiyası başlayıb. NATO-ya üzv ölkələrin qüvvələri missiya çərçivəsində Əfqanıstanın güc strukturlarının təlimi ilə məşğul olur və onlara kömək göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.