DÜNYA


Əfqanıstanda aviasiya zərbəsi nəticəsində 12 nəfər ölüb

Bakı, 5 iyun, AZƏRTAC

Əfqanıstan təhlükəsizlik qüvvələrinin silahlılara qarşı mübarizədə hakimiyyət tərəfdən çıxış edən könüllülər qrupuna səhvən endirdiyi aviasiya zərbəsi nəticəsində azı 12 nəfər həlak olub.

AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, hadisə cümə günü ölkənin şimal-şərqində yerləşən Bədəxşan əyalətində baş verib. Ölənlər arasında könüllü qüvvələrin komandirlərinin də olduğu bildirilir.

Əyalətdəki mənbələrin telekanala verdiyi məlumata görə, insident nəticəsində daha səkkiz nəfər itkin düşüb.

Yerli hakimiyyət orqanları baş verənləri hələlik şərh etməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.