Əfqanıstanda baş verən zəlzələ nəticəsində 22 nəfər həlak olub
AzerTAg.az
Bakı, 18 yanvar, AZƏRTAC
Əfqanıstanın qərbində yerləşən Badqis əyalətində baş verən zəlzələ nəticəsində ən azı 22 nəfər həlak olub, dörd nəfər isə yaralanıb.
AZƏRTAC Əfqanıstanın Bahtar informasiya agentliyinə istinadla xəbər verir ki, ən çox tələfat Kadis bələdiyyəsi ərazisində qeydə alınıb. Ölkə rəsmiləri ölənlərin sayının artacağını istisna etmirlər.
Qeyd edək ki, ABŞ-ın Geologiya Xidmətinin məlumatına görə, yanvarın 17-də yerli vaxtla saat 16:10-da Əfqanıstanın qərbində 5,6 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Badqis vilayətinin administrativ mərkəzi Qalay-Nau şəhərindən təxminən 40 kilometr şərqdə, Türkmənistan sərhədindən 70 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə yerləşib.

Xəbərin mətnində orfoqrafik səhv var