DÜNYA


Əfqanıstanda həbsxanaya hücum nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

Bakı, 3 avqust, AZƏRTAC

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin administrativ mərkəzi Cəlalabad şəhərindəki həbsxanaya hücum nəticəsində azı 29 nəfər həlak olub, 50 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC TOLOnews telekanalına istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın hakimiyyət orqanları məlumat verib.

Əvvəlcə kamikadze bomba yüklü avtomobili həbsxana yaxınlığında partladıb. Ardınca silahlı şəxslər həbsxana binasına daxil olub. 17 saata yaxın davam edən toqquşma nəticəsində hücum dəf edilib. Hücumda iştirak edən silahlılardan beşi öldürülüb. Həmçinin hücum zamanı həbsxanadan qaçmağa çalışan 700-ə yaxın məhbusun tutulduğu bildirilir.

Yerli KİV-lər hücumun məsuliyyətini İŞİD-ə yaxın qruplaşmalardan birinin öz üzərinə götürdüyü barədə xəbərlər yayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.