DÜNYA


Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

Bakı, 9 iyun, AZƏRTAC

Əfqanıstan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopterinin qəzaya uğraması nəticəsində üç hərbçi həlak olub, bir nəfər isə yaralanıb.

AZƏRTAC TOLO News telekanalına istinadla xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə iyunun 8-də gecə saatlarında ölkənin mərkəzində yerləşən Vardak əyalətinin Caqatu rayonunda baş verib. Qəzanın baş verdiyi əraziyə gələn digər helikopter yaralını xəstəxanaya çatdırıb.

Əfqanıstanda fəaliyyət göstərən “Taliban” hərəkatı helikopteri vurduğunu iddia edib.

Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında sülh danışıqları başlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.