DÜNYA
Əfqanıstanda iki partlayış nəticəsində azı doqquz nəfər həlak olub
Bakı, 10 may, AZƏRTAC
Ötən sutka ərzində Əfqanıstanda törədilən iki partlayış nəticəsində azı doqquz nəfər həlak olub, bir o qədər insan da müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin mərkəzində Daykundi əyalətində avtomobilin yol kənarında quraşdırılan partlayıcı qurğu ilə partladılması nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bundan başqa, Əfqanıstanın şimal-qərbində yerləşən Fəryab əyalətində dörd uşaq minaya düşərək həlak olub, beş uşaq isə xəsarət alıb.
Hakimiyyət orqanları hadisələrin məsuliyyətini ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatının üzərinə qoyub.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]