DÜNYA
Əfqanıstanda məsciddə ibadət edən insanlar atəşə tutulub
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 8-də Əfqanıstanın qərbində yerləşən Herat vilayətində naməlum şəxslər məsciddə ibadət edən insanlara atəş açıblar.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə region polisinin mətbuat mərkəzinin rəisi Əbduləhəd Vəlizadə bildirib. Onun sözlərinə görə, insident Şindant bölgəsinin Kalai-Mahmud yaşayış məntəqəsində qeydə alınıb. Hadisə zamanı ölən və yaralananlar olsa da, onların dəqiq sayı barədə hələlik məlumat verilmir.
Şahidlərin ifadəsinə əsasən, həlak olanların arasında yerli qəbilələrdən birinin başçısı da var.
Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]