DÜNYA


Əfqanıstanda otelə hücum nəticəsində üç nəfər həlak olub

Bakı, 13 iyul, AZƏRTAC

Əfqanıstanın şimal-qərbində yerləşən Badgis əyalətinin Kalayi-Nau şəhərindəki otelə hücum nəticəsində ən az üç nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, insident yerli vaxtla saat 10:40-da qeydə alınıb. Hazırda silahlılarla təhlükəsizlik xidməti əməkdaşları arasında döyüşlər davam edir.

Eyni zamanda əyalət qubernatorunun nümayəndəsi Nəcibullah Dadfar həlak olanların arasında iki hərbçinin olduğunu deyib.

Hücumun məsuliyyətini ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatının öz üzərinə götürdüyü bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.