DÜNYA


Əfqanıstanda partlamamış minalardan hər ay 180 nəfər ölür

Tehran, 3 noyabr, AZƏRTAC

Əfqanıstanda minalar və digər partlamamış hərbi sursatlar hər ay 180 nəfərdən çox insanın ölümünə və yaralanaraq əlil qalmasına səbəb olur.

AZƏRTAC Əfqanıstanın Minalardan Təmizlənməsi Koordinasiya Mərkəzinin rəhbəri Məhəmməd Şahab Həkimiyə istinadən xəbər verir ki, münaqişə və döyüşlər zamanı atılıb qalmış, uzun illər təhlükə yaradan minaların qurbanları əsasən uşaqlardır. Əfqanıstan partlamamış mina təhlükəsi olan ölkələr arasında 4-cü yerdədir.

M.Şahab Həkimi deyib ki, indiyədək 2 min 500 kvadratmetr ərazi təmizlənib. Son 30 ildə ölkənin müxtəlif bölgələrində 19 milyon mina və partlamamış bomba zərərsizləşdirilib.

O bildirib ki, Əfqanıstanda minalar və müharibə səbəbindən əlil olmuş insanların sayı 1 milyon nəfərdən çoxdur.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.