DÜNYA


Əfqanıstanda partlayış nəticəsində azı 10 nəfər həlak olub

Bakı, 9 oktyabr, AZƏRTAC

Əfqanıstan parlamenti üzvlüyünə namizəd Saleh Məhəmməd Açaqzayın seçki qərargahında baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, daha 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hilmənd əyaləti qubernatorunun mətbuat xidmətinin məlumatına əsasən, namizədin özü də yaralananlar arasındadır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident Gilmənd əyalətinin Laşqarqah şəhərində baş verib. Hazırda təhlükəsizlik qüvvələri ərazini mühafizə altına alıb və yaralananların təxliyəsinə başlayıb. Partlayışın intiharçı-terrorçu tərəfindən törədildiyi bildirilir.

Xatırladaq ki, ötən həftə Əfqanıstanda parlament seçkilərində deputatlığa namizəd Nəsirxan Momandın yerli sakinlərlə seçkiqabağı görüşü zamanı törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olmuş, 40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.

Ölkədə qeyri-sabitlik səbəbindən iki illiyə təxirə salınmış parlament seçkiləri bu il oktyabrın 20-nə, prezident seçkiləri isə 2019-cu il aprelin 20-nə təyin olunub. Əfqanıstan parlamentinə seçkilər sonuncu dəfə 2010-cu ildə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.