DÜNYA
Əfqanıstanda partlayış nəticəsində azı səkkiz nəfər həlak olub
Bakı, 13 iyun, AZƏRTAC
Əfqanıstanın Nanqarhar əyalətinin Cəlalabad şəhərində baş verən partlayış nəticəsində ən azı səkkiz nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, 1TV telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə partlayıcı qurğu nəzarət-buraxılış məntəqəsinin yaxınlığında intiharçı-terrorçu tərəfindən işə salınıb. Yaralananlar təcili olaraq yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.
Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib. Əfqanıstanın hüquq-mühafizə orqanları insidentlə bağlı təhqiqata başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [22:58]
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]