DÜNYA


Əfqanıstanda qızlar liseyi atəşə tutulub

Bakı, 21 avqust, AZƏRTAC 

Əfqanıstanın paytaxtı Kabilin Şəkərdərə bölgəsində qızlar liseyi atəşə tutulub.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Nasrat Rahimi hadisənin “Taliban” qruplaşması tərəfindən törədildiyini bildirib. O, hadisədən sonra liseyin yararsız vəziyyətə düşdüyünü qeyd edib. Təhsil Nazirliyinin nümayəndəsi Nuriyə Nuzhət liseydə 700 şagirdin təhsil aldığını, hazırda dərslərin dayandırıldığını deyib.

“Taliban” tərəfindən verilən açıqlamada liseyin onlar tərəfindən atəşə tutulmadığı iddia edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.