DÜNYA
Əfqanıstanda seçkiqabağı tədbirdə partlayış törədilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Əfqanıstanda seçkiqabağı tədbirdə baş verən partlayış nəticəsində azı 12 nəfər həlak olub, 32 nəfər isə yaralanıb.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, partlayış oktyabrın 13-də səhər saatlarında Tahar əyalətinin Rustak dairəsində törədilib. Həlak olanların arasında təhlükəsizlik xidmətinin əməkdaşları və polislər də var.
Qeyd edək ki, Tahar əyaləti Əfqanıstanın Tacikistanla sərhədində yerləşir.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorizmə qarşı birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]