DÜNYA


Əfqanıstanda səhv aviazərbə nəticəsində 17 polis işçisi həlak olub

Bakı, 17 may, AZƏRTAC

Əfqanıstanın Hilmənd əyalətində aviasiya zərbəsi zamanı yol verilən səhv nəticəsində azı 17 polis əməkdaşı həlak olub, 14 nəfər isə yaralanıb.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, insident mayın 16-da Laşqargah əyalətinin administrativ mərkəzi yaxınlığında polislə “Taliban” hərəkatı arasında gedən döyüş zamanı qeydə alınıb.

Hələlik zərbənin Əfqanıstan və yaxud ABŞ aviasiyası tərəfindən vurulduğu məlum deyil. “Taliban” hərəkatı isə aviasiya zərbəsinin ABŞ təyyarəsi tərəfindən endirildiyini iddia edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.