DÜNYA


Əfqanıstanda silahlılar güc strukturlarının yeddi əməkdaşını öldürüb

Bakı, 13 iyul, AZƏRTAC

Əfqanıstanda “Taliban” hərəkatının hücumu nəticəsində güc strukturlarının azı yeddi əməkdaşı həlak olub, iki əsgər isə yaralanıb.

AZƏRTAC 1TV News telekanalına istinadla xəbər verir ki, hadisə Əfqanıstanın Bədəxşan əyalətində baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, nəzarət-buraxılış məntəqəsinə hücum edən silahlılardan beşi öldürülüb.

İnsident “Taliban” silahlılarının Qunduz əyalətində altı polis əməkdaşının həlak olması ilə nəticələnən hücumu ilə üst-üstə düşüb.

Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.