DÜNYA


Əfqanıstanda sülhün bərqərar olması məsələsi müzakirə edilib

Düşənbə, 15 iyul, АZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin Tacikistanda keçiriləcək görüşü çərçivəsində Pakistan xarici siyasət idarəsinin rəhbəri Şah Mahmud Kureyşi əfqanıstanlı həmkarı Məhəmməd Hənif Atmarla görüşüb.

AZƏRTAC Tacikistan mətbuatına istinadla xəbər verir ki, görüşdə “Taliban” hərəkatının qonşu dövlətlərin sərhədlərinə yaxınlaşması, bəzi hissələrə nəzarət etməsi, Əfqanıstanda sülhün və sabitliyin yaradılması və digər məsələlər müzakirə olunub.

Şah Mahmud Kureyşi siyasi sabitliyin əldə olunması üçün danışıqların davam etdirilməsinə, münaqişə tərəflərini yaranan tarixi şansı əldən verməməyə, Əfqanıstanın bütün ərazisində atəşkəs əldə olunmasına çağırıb.

Pakistanlı nazir vurğulayıb ki, “Taliban” hərəkatının qonşu dövlətlərin ərazisinə yaxınlaşması və təxribatçı hərəkətlərə yol açması Əfqanıstanda sülhün əldə olunmasının qarşısına sədd çəkir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.