DÜNYA


Əfqanıstanda taliblər 12 dinc sakini girov götürüblər

Bakı, 5 yanvar, AZƏRTAC

“Taliban” hərəkatının silahlıları Əfqanıstanın qərbində 12 dinc sakini girov götürüblər.

AZƏRTAC “Ariana News” telekanalına istinadla xəbər verir ki, insident yanvarın 5-də Fərah əyalətində qeydə alınıb. Silahlıların girovlardan ikisini güllələdiyi bildirilir.

Taliban hərəkatı hələlik insidentlə bağlı şərh verməyib.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD terror qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorçulara qarşı birgə əməliyyatlar keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.