DÜNYA


Əfqanıstanda taliblər doqquz əsgəri öldürüb

Bakı, 14 dekabr, AZƏRTAC

Əfqanıstanda döyüşlər nəticəsində hökumət qüvvələrinin doqquz hərbçisi həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Əfqanıstan Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Məlumata əsasən, döyüşlər Qəzni əyalətinin Qarabağ dairəsində baş verib. Hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Yerli mətbuat ölənlərin sayının daha çox olduğunu iddia edir. Məsələn, 1TV telekanalı döyüşlər nəticəsində 25 hərbçinin həlak olduğu barədə məlumat yayıb.

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.