DÜNYA


Əfqanıstanda terror aktı nəticəsində 18 nəfər həlak olub

Bakı, 21 yanvar, AZƏRTAC

Əfqanıstanın Maydanşəhr rayonunda xüsusi təyinatlı hərbi qüvvələrin bazası yaxınlığında içərisində bomba olan avtomobilin partladılması nəticəsində 18 nəfər həlak olub, 27 nəfər yaralanıb. Yaralılardan yeddisinin vəziyyətinin ağır olduğu bildirilir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hərbçilər bazanın ətrafındakı dörd terrorçudan üçünü zərərsizləşdirə biliblər, dördüncü isə bombanı işə sala bilib.

Terror aktına görə məsuliyyəti “Taliban” silahlı qruplaşması öz üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.