DÜNYA
Əfqanıstanda törədilən partlayışın məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb
Bakı, 11 dekabr, AZƏRTAC
Əfqanıstanın Pərvan əyalətində NATO-nun aviabazası rayonunda törədilmiş partlayışın məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, “Baqram” aviabazasının qarşısında minalanmış avtomobilin partladılması və ardınca başlayan atışma nəticəsində yaralananların sayı 73 nəfərə çatıb, iki nəfər həlak olub. Yaralananların arasında beş gürcüstanlı hərbçinin də olduğu bildirilir. Telekanalın yaydığı məlumata görə, hücum edənlərdən üçü öldürülüb.
NATO-nun Əfqanıstanda fəaliyyət göstərən “Qətiyyətli dəstək” missiyası bəyan edib ki, hücumun hədəfi aviabaza yaxınlığında tikilən tibb müəssisəsi olub.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkədə İŞİD terror qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində silahlı qruplaşmalara qarşı birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]