DÜNYA


Əfqanıstanda törədilmiş partlayış azı 11 nəfərin həyatına son qoyub

Bakı, 18 avqust, AZƏRTAC

Əfqanıstanın Bəlx əyalətinin Daulat Abad rayonunda partlayış törədilib.

AZƏRTAC RİA informasiya agentliyinə istinadla xəbər verir ki, yol kənarında quraşdırılmış bombanın partladılması nəticəsində azı 11-nəfər həyatını itirib.

Rayonun rəhbəri Məhəmməd Yusuf bildirib ki, nəqliyyat vasitəsinə yerləşdirilmiş bombanın işə salınması nəticəsində güclü partlayış baş verib. O, bəzi cəsədlərin tanınmaz hala düşdüyünü qeyd edib. Ölənlərdən 5-nin bir ailənin üzvü olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.