DÜNYA


Əfqanıstanda yol-nəqliyyat qəzasında 6 nəfər ölüb

Bakı, 24 avqust, AZƏRTAC 

Əfqanıstanda yol-nəqliyyat qəzasında 6 nəfərin öldüyü, daha 12 adamın isə yaralandığı bildirilir. AZƏRTAC ToloNews saytına istinadla xəbər verir ki, insident Qəndəhar avtomagistralında baş verib.

Saytın məlumatına görə, Məyvand rayonu yaxınlığında sərnişin avtobusu sürücünün səhlənkarlığı ucbatından sürət həddini aşaraq və idarəetməni itirərək yolun kənarındakı yarğana yuvarlanıb. Əyalətin yol polisinin rəisi Sərdar Məhəmməd Naseri bildirib ki, həlak olanların arasında üç qadın və iki azyaşlı var. Yaralılar Qəndəhar şəhərinin xəstəxanasına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.