SİYASƏT


Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasında iştirak etmiş bir qrup hərbi qulluqçu təltif edilib

Bakı, 14 oktyabr, AZƏRTAC

Əfqanıstan İslam Respublikasında həyata keçirilən “Qətiyyətli dəstək” missiyasında iştirak etmiş Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu müdafiə nazirinin əmri ilə təltif olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəmizi və ordumuzu yüksək səviyyədə təmsil etmiş, xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Azərbaycan sülhməramlılarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

General-mayor Kənan Seyidov müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və hərbi qulluqçulara Azərbaycan Respublikasının “Şücaətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medallarını təqdim edib.

Qeyd edək ki, Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasında iştirak etmiş hərbçilərimiz bu il oktyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə də təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.