DÜNYA


Əfqanıstandakı dörd aeroportu Birləşmiş Ərəb Əmirlikləri idarə edəcək

Bakı, 24 may, AZƏRTAC

“Taliban” hərəkatının nümayəndələri Əfqanıstandakı dörd aeroportun, o cümlədən paytaxtın hava limanının idarə edilməsinə dair Birləşmiş Ərəb Əmirlikləri ilə saziş imzalayıb.

AZƏRTAC Bakhtar informasiya agentliyinə istinadla xəbər verir ki, saziş Əfqanıstan baş nazirinin müavinin vəzifələrini icra edən Abdullah Qəni Baradarın Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində imzalanıb. Sənədə əsasən, tərəflər Kabil, Qəndəhar, Herat və Məzari-Şərif şəhərlərindəki aeroportların istifadə şərtləri üzrə razılığa gəliblər.

Fevral ayının əvvəlində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Doha və Ankaranın Əfqanıstandakı dörd aeroportun idarə olunması üzrə “Taliban” hərəkatı ilə prinsipial razılıq əldə edildiyini bildirmişdi. Lakin aprel ayında Qətər və Türkiyənin “Taliban” ilə danışıqları dalana dirənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.