Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Əfqanıstanın Azərbaycandakı sabiq səfiri Məhəmməd Taqi Xəlilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi və Azərbaycan xalqını torpaqlarınızın 28 illik işğaldan azad edilməsi ilə nəticələnən qələbə və döyüşlərin dayandırılmasına dair bəyanatın imzalanması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Şübhəsiz ki, bu tarixi qələbə regionda ədalətin bərqərar olması baxımından çox mühüm hadisədir. Əslində, bu şanlı qələbə Sizin qətiyyətli liderliyiniz və peşəkar ordunuz sayəsində qazanılıb.

Ölkənizin ayrılmaz ərazisinin uzun müddət işğal altında qaldığı dövrdə Sizin nümayiş etdirdiyiniz səbir və təmkin təqdirəlayiqdir. Əfqanıstanın milyonlarla əhalisi adından və şəxsən öz adımdan rəşadətli Azərbaycan əsgərlərinə və bu qələbənin əldə olunmasına töhfə verən bütün şəxslərə minnətdarlığımı bildirirəm.

Bu təcavüzün əvvəlindən Sizin yanınızda olan Əfqanıstan xalqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğaldan azad olunmasını Sizinlə birgə qeyd edir.

Razılaşmanın tam icrası və ölkənizin işğal atlında olan digər ərazilərinin azad edilməsi ilə bağlı xəbərləri səbirsizliklə gözləyirik. Sizə və Azərbaycan xalqına ədalətin bərpası istiqamətində fəaliyyətinizdə səmimi qəlbdən davamlı uğurlar arzu edirəm.

Hörmətlə,

 

Məhəmməd Taqi Xəlili
Əfqanıstanın Azərbaycandakı sabiq səfiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin