SİYASƏT


Əfqanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Əfqanıstanın ölkəmizdəki səfiri Mohammad Taqi Xalili ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir səfirin diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluğun və əməkdaşlığın inkişafı naminə səylərini yüksək qiymətləndirib.

Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rəbbani ilə faydalı müzakirələr apardığını diqqətə çatdırıb. Təhlükəsizlik sahəsində Azərbaycanın Əfqanıstanla sıx əməkdaşlıq etdiyini qeyd edən nazir Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin nəqliyyat sahəsində Əfqanıstan üçün də yeni imkanlar açdığını qeyd edib.

Səfir Mohammad Taqi Xalili diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.