DÜNYA


Əfqanıstanın Birinci vitse-prezidentinə sui-qəsd zamanı 10 nəfər həlak olub

Bakı, 9 sentyabr, AZƏRTAC

Əfqanıstanın Birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd zamanı həlak olanların sayı 10 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə TOLOnews telekanalı təhlükəsizlik xidmətinin nümayəndələrinə istinadla məlumat yayıb. Telekanalın məlumatına görə, insident nəticəsində daha 10 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, bu gün səhər saatlarında Əmrullah Salehin xidməti avtomobili Kabil şəhərinin Taimani bölgəsindən keçdiyi vaxt partlayış törədilib. Yüksək vəzifəli məmur üzündən və əlindən yüngül xəsarətlər alıb.

Hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.