DÜNYA


Afrika İttifaqı Qabondakı çevriliş cəhdini qətiyyətlə pisləyir

Əddis-Əbəbə, 7 yanvar, AZƏRTAC

Afrika İttifaqı Qabonda bir qrup hərbçinin çevriliş cəhdini qətiyyətlə pisləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə İttifaq komissiyasının sədri Musa Faki Mahamat öz “Twitter” səhifəsində yazıb.

“Afrika İttifaqı bu gün səhər Qabonda baş verən çevriliş cəhdini qətiyyətlə pisləyir. Mən Afrika İttifaqının hakimiyyətin konstitusiyadan kənar istənilən üsulla dəyişdirilməsinin qəbulolunmazlığı barədə mövqeyini bir daha ifadə edirəm”, - deyə sədr vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Qabonun paytaxtı Librevildə bir qrup hərbçi dövlət radiostansiyanı ələ keçirərək milli bərpa şurasının yaradıldığı barədə bəyanat vermişdilər. Bir neçə saatdan sonra qiyamçılar həbs edilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.