DÜNYA


Afrika İttifaqına pandemiyaya qarşı mübarizə üçün 23 milyon avro ayrılıb

Madrid, 11 sentyabr, AZƏRTAC

Afrika İnkişaf Bankı qitədə COVID-19 pandemiyasına qarşı mübarizədə Afrika İttifaqını dəstəkləmək üçün təxminən 23 milyon avro məbləğində olan qrantı təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Afrika İnkişaf Bankı məlumat yayıb. Maliyyə vəsaiti Afrika İnkişaf Fondunda iştirak etmək hüququ olan 37 ölkəyə texniki yardım göstərilməsi və potensialın artırılması, habelə Afrika ölkələrinə müxtəlif giriş məntəqələrində (aeroportlarda, limanlarda və quru sərhədlərdə), pandemiyaya qarşı mübarizədə ön cəbhədə çalışan işçilərin regional və milli səviyyədə testlərlə və fərdi qoruyucu vasitələrlə təmin olunması məqsədilə yönəldiləcək.

Afrika İttifaqında Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Afrika CDC) verdiyi məlumata görə, pandemiya başlayandan bəri qitədə ümumilikdə 1 321 736 nəfərdə COVID-19-a yoluxma faktı qeydə alınıb ki, bu da son nəticədə 31 902 nəfərin ölümünə səbəb olub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.