DÜNYA


Afrika bankları COVID-19-a qarşı vaksinin hazırlanmasına 5 milyard dollar ayırıb

Madrid, 16 oktyabr, AZƏRTAC

Afrika İttifaqı Xəstəliklərin Qarşısının Alınmasına Nəzarət Mərkəzinin (Afrika CDC) rəhbəri Con Nkenqasonq bildirib ki, Afrika İnkişaf Bankı və Afrika İxracat-İdxal Bankı tərəfindən qitədə COVID-19-a qarşı vaksinin hazırlanmasına 5 milyard dollar maliyyə vəsaiti ayrılıb.

AZƏRTAC xəbər verir ki, vaksinlərin ilkin dövrdə kifayət etməyəcəyini qeyd edən Nkenqasonq Afrika qitəsində vaksinin paylanmasını və immunizasiyanı mühüm tədbir adlandırıb. O, vaksinlərin kifayət etməyəcəyini deyərək, onların Afrika ölkələri arasında prioritet qaydada bölünməsinin vacibliyini vurğulayıb.

Bu həftə Dünya Bankı daha az inkişaf etmiş ölkələrdə vaksinin alınması və paylanması üçün 12 milyard dollar maliyyə vəsaiti ayırdığını bəyan edib.

Qeyd edək ki, hazırda Afrika qitəsinin 55 ölkəsində koronavirusa yoluxmuş insanların sayı 1 milyon 612 min 673 nəfər, ölənlərin sayı 39 min 122 nəfər təşkil edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.