DÜNYA


Afrikada COVID-19-a yoluxanların sayı 950 minə çatıb

Qahirə, 2 avqust, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatında Afrikada COVID-19-a yoluxanların sayının 950 minə çatdığı, 20 mindən çox insanın isə həyatını itirdiyi bildirilir.

AZƏRTAC xəbər verir ki, pandemiya ilə bağlı qitənin fəlakət zonası Cənubi Afrika Respublikası (CAR) hesab olunur. Belə ki, Afrikada yeni növ koronavirusa yoluxanların 50 faizə yaxını – 503 min nəfər məhz bu ölkədədir. CAR-da 8 mindən çox insan isə COVID-19-un qurbanı olub. ÜST və digər beynəlxalq təşkilatlar Afrikanın bir çox ölkəsində əhalinin testdən keçirilməsi üçün imkanların olmadığını qeyd ediblər. Bildirilib ki, əslində, bu qitədə pandemiyanın yayılması daha sürətlə davam edir.

Afrikada COVID-19 pandemiyasının daha çox yayıldığı ikinci ölkə olan Misirdə 95 minə yaxın yoluxma qeydə alınıb, 4834 insan isə həyatını itirib. Eyni zamanda, son 24 saat ərzində bu ölkədə iyun ayından bəri ən az – 29 ölüm faktı olub. Yeni növ koronavirusun geniş yayıldığı digər Afrika ölkələri Nigeriya, Qana, Əlcəzair, Mərakeş və Keniyadır.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.