DÜNYA


Afrikada Fransaya qarşı etirazlar artır

Afrikada Fransaya qarşı etirazlar artır

Qahirə, 5 dekabr, AZƏRTAC

Fransanın keçmiş müstəmləkələri Seneqal, Niger, Burkina-Faso və Malidə Parisə qarşı etirazlar artır.

AZƏRTAC xəbər verir ki, son günlər Fransanın Qərbi Afrikada siyasətinə qarşı mitinqlər təşkil edilib. Seneqalda “Total” kompaniyasının yanacaqdoldurma məntəqələrinə və fransız sərmayəli mağazalara hücumlar olub. Fransızların Afrikanın Sahil regionunda uğursuz hərbi əməliyyatlarından sonra Mali və Burkina-Fasoda baş vermiş hərbi çevrilişlər də Fransanın onsuz da pis olan imicinə ciddi zərbə vurub. Dekabrın 4-də isə Burkina-Faso hökumətinin sözçüsü kin və nifrət yaydığı səbəbindən RFI radio kanalının yayımının dayandırıldığını bəyan edib.

Afrika məsələləri üzrə analitiklərə görə, Fransa Prezidenti Emmanuel Makronun sözügedən ölkələrə səfərləri də heç bir nəticə verməyib. Onlar hesab edirlər ki, Mali və Burkina-Fasoda hərbi çevrilişlərdən sonra Afrikanın Sahil regionunda Rusiya və Çinin təsiri daha da artıb.

 
Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.