DÜNYA


Afrikadan Amerikaya gələn rekord sayda miqrant qeydə alınıb

Vaşinqton, 17 iyun, AZƏRTAC

Afrika ölkələrində iqtisadi problemlərdən və insan haqlarının pozulmasından əziyyət çəkən sakinlər neçə min kilometr məsafə qət edərək xilas olmaq üçün Birləşmiş Ştatlara gəlirlər.

AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, belə miqrantların sayı heç vaxt indiki qədər çox olmayıb.

Texasda və Men ştatında ABŞ sərhəd xidmətinin əməkdaşları miqrantların sayının get-gedə artmasının öhdəsindən gəlməyə çalışırlar.

“ABC News” kanalının verdiyi məlumata görə, ABŞ Gömrük və Sərhəd Nəzarəti Bürosunun agentləri son həftə ərzində Konqo Respublikasından, Konqo Demokratik Respublikasından və Anqoladan olan 500-dən çox afrikalı miqrantı Texasda saxlayıblar.

Men ştatındakı Portlend şəhəri miqrantlar arasında xüsusilə populyardır. Bu şəhər başqa ölkələrdən olan qaçqınları mehribanlıqla qəbul edir. Son günlərdə sığınacaq axtaran 170 adam Portlendə gəlib, yüzlərlə miqrant növbə gözləyir.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.