DÜNYA
Afrikalı aqronom: İşıldaböcəklər qida böhranını azaltmağa kömək edə bilərlər
Madrid, 29 mart, AZƏRTAC
İşıldaböcəklər də qurdlar kimi artan dünya əhalisi üçün misilsiz zülal mənbəyidir. İllərdir, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) işıldaböcəklərin dünya əhalisinin qida tələbini azaltmağa kömək edə biləcəyini vurğulayır.
AZƏRTAC xəbər verir ki, bunu 2016-cı ildə işıldaböcək fermasını açan ruandalı kənd təsərrüfatı mühəndisi Sedric Nkundvanabake deyib.
Onun sözlərinə görə, işıldaböcəklər və ümumiyyətlə, həşəratlar aclıqla mübarizə apara bilirlər. Ruandada son illərdə əhəmiyyətli iqtisadi inkişafa baxmayaraq ölkə əhalisinin 40 faizi (13 milyondan bir qədər az) hələ də yoxsulluq həddinin altında yaşayır. Bütövlükdə Afrikada statistika heç də ürəkaçan deyil. Afrika qitəsi dünya əhalisinin 16 faizini və yoxsulların 30 faizini təşkil etdiyi halda, dünya ÜDM-nin cəmi 2,8 faizini təşkil edir. Hər dörd afrikalıdan biri qida çatışmazlığından əziyyət çəkir.
Artıq 2013-cü ildə “Yeməli həşəratlar: qida və yem təhlükəsizliyinin gələcək perspektivləri” adlı geniş hesabat hazırlayan FAO-nun məlumatına görə, bir çox həşərat növlərinin tərkibində ət qədər zülal var və onların istehsalı az xərc tələb edir. 2013-cü ildə dünyada iki milyard insan həşəratları artıq qida rasionuna daxil edib.
Bununla belə, həşərat yetişdirilməsi makrofermaların ekoloji izlərini və dünyanın bəzi yerlərində qıt olduğu qədər vacib olan resursların istehlakını azaltmağa kömək edə bilər. Məsələn, işıldaböcəklər inəklərdən 80 dəfə az metan istehsal edirlər. Həmçinin onlar daha az yem tələb edirlər.
Həşərat və işıldaböcək bazarı Avropada və ABŞ-da xüsusilə un və yem üçün sıçrayış edir və bütün əlamətlər onun gələcəkdə genişlənəcəyinə işarədir.
FAO-nun hesablamalarına görə, işıldaböcək biznesinin 2030-cu ilə qədər 7,2 milyard avroya çatacağı gözlənilir ki, bu da yer üzündə artan sayda insanların qidaya olan tələbatı ilə əlaqədardır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid