MƏDƏNİYYƏT


Əfsanəvi “Queen” qrupunun birinci bas-gitaraçısı Mayk Qrouz vəfat edib

Bakı, 7 mart, AZƏRTAC

Əfsanəvi “Queen” qrupunun birinci bas-gitaraçısı Mayk Qrouz vəfat edib.

AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, qrupun sabiq iştirakçısının ölümü barədə onun dostu, “Queen”in təbilçisi Rocer Teylor məlumat verib.

Teylor “Facebook” səhifəsində yazıb: “Köhnə dostum Mayk Qrouzun vəfatını eşitmək məni çox kədərləndirdi. Onun çalğısını ilk dəfə “The Individuals” adlı qrupda eşitmişəm. Onda biz hələ məktəbdə oxuyurduq. O, həmişə əla çalırdı. Yerin cənnət olsun”.

M.Qrouz “Queen”ə 1970-ci ildə qrup yenicə yarananda gəlib və bu kollektivdə cəmi bir neçə ay işləyib. Sonralar onun yerini Con Dikon tutub. “Queen”dən gedəndən sonra Qrouzun həyatı barədə az məlumat var. Məlumdur ki, o, musiqi karyerası qurmayıb və kiçik bizneslə məşğul olub. Qrupun bioqraflarının müxtəlif məlumatına görə, Qrouz “Queen”ə qoşulanda onun təqribən 22 yaşı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.