CƏMİYYƏT


Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılova həsr olunan film çəkilib

Bakı, 19 sentyabr, AZƏRTAC 

Gənclər və İdman Nazirliyi Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamının icrasını rəhbər tutaraq, gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, xalqımızın hərb və döyüş tarixinin gənclərə daha səmərəli çatdırılması məqsədilə açıq havada gənclərin iştirakı ilə tarixi rekonstruksiya formatında “Xarqo” qısametrajlı filmini hazırlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekran əsərində gənclər və tanınmış kino aktyorları iştirak ediblər. Altı gün müddətində davam edən çəkilişlər Şəki rayonunda qəhrəmanın doğulduğu Oxud kəndində və Bakının müxtəlif məkanlarında aparılıb. Ssenari müəllifi Mikayıl Mikayılova məxsus filmin çəkilişlərində tarixi sənədlərdən istifadə olunub.

Filmin rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayevdir. Rolları əməkdar artistlər Sona Mikayılova, Rasim Cəfər, aktyorlar Faiq Mirzəyev, Əli Əlizadə, Yaroslav Trifonov, Anar Mikayilov, Rumiyyə Ağayeva, Müşviq Mirzə, Araz Pirimov və digərləri ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.